Country üslubunda inşa edib, təhvil verdiyimiz layihə sahil qəsəbəsində yerləşir. Yaşıllıqla zənginləşdirilmiş restoran 80 sot torpağın daxilində inşa edilmişdir. Layihə 10 ailəvi kabinet, əsas korpusdan və texniki mətbəxdən ibarətdir. Döşəmə keramoqranitlə döşənmişdir. Bundan əlavə sahə üzrə landşaft layihələndirilib, xüsusi növ ağaclar əkilmişdir. Restoran fəaliyyəti üçün ayrıca biznes plan tərtib edilmiş, lazım olan avandanlıqlar sifariş edilmişdir. Əlavə olaraq, restoranın işçi heyəti sıfırdan formalaşdırılmışdır. Ayrıca aşpaz dəvət olunmuş, restoran üçün xüsusi menyu tərtibatı tərəfimizdən həyata keçirilmişdir. Görülmüş işlər: Layihələndirmə, interyer-eksteryer dizayn, materialların seçilməsi, təmir, usta heyətinin idarə olunması, görülmüş işin keyfiyyət yoxlanması, biznes planın hazırlanması, işçi heyətinin formalaşdırılması, menyu tərtibatı