Biz sevinc bəxş etmək üçün hansı addımları atmalı olduğumuzu yaxşı bilirik. Happy Smile layihəsini təhvil verəndə hər kəsin üzündə təbəssüm yaratmağı bacarmışdıq. Tavanların hündür olması və sifarişçinin minimalistika həvəskarı olması bu layihəni neomemfis üslubunda dizayn və təmir etməyə yönəltdi. Sahəsi 200 m2 olan bu mərkəzin 9 otağının (kosmetologiya, trixologiya, massaj, makiyaj, manikür, pedikur) hər birində fərqli atmosfer yaratmağa çalışmışıq.
Görülmüş işlər: Ölçmə işləri, Fotofiksassiya, Eskiz planlar, Divarların söküntü və hörgü planı, Elektrik sxemleri, Su və kanalizasiya sxemləri, Havalandırma və istilik təchizatı sxemləri, Tavan və dekorativ divarların sxemləri, İşıqlandırma sxemləri, Divar açılışının planları, Material seçimi və spesifikasiyası, 3D vizuallaşdırma, Daxildə görülən işlərin smetasın çıxarılması, Mebel sxemləri və hazırlanması