Siz bu layihənin estetik tərəfini görürsünüz. Halbuki bu işin təhlükəsizlik tərəfi olmasa, estetik görüntüsü qısamüddətli ola bilər. Yanacaq doldurma məntəqəsinin eskizi hazırlanarkən dizayn hissəsində mühəndislik elementləri əlavə olunmuşdur. Buna səbəb məntəqənin yerləşdiyi coğrafi ərazi, oranın hava şəraiti və torpaq strukturunun fərqli olmasıdır.
Bu layihənin ən çətin tərəfi Şimal bölgəsində “Şimal ulduzunu” yaratmaq üçün texniki və təhlükəsizlik qaydalarının vizual görüntü ilə üst-üstə düşməsini təmin etmək oldu.