Gənc bir ailənin İtaliya arzusunu 28 sot torpaq sahəsinin daxilində high tech üslubunda həyata keçirdik. Onlar səfirlikdən viza gözləməyi deyil, səbr edib 6 ay sonra hər gün bu abu-havada yaşamağı üstün tutdular. Onlar üçün İtaliyada olan Cala Rossa, Marina Piccola çimərliklərini əvəz edə bilməsək də, 50 m2 hovuz inşa etdik. Günün zövqünü çıxartmaq və doğmaları ilə birlikdə ləziz təamlar bişirmələri üçün isə 80 m2 yay mətbəxi və manqalxana güşəsi ayırdıq. 2 mərtəbədən ibarət villada hər birində qarderob otağlı olmaqla, 3 yataq otağı, mətbəx, iş otağı, çamaşırxana, 3 hamam otağı mövcuddur. Komanda sayı: 10+ İcra müddəti: 6 ay Texnika sayı: 4+ Görülmüş işlər: Lepka, parket, hörgüçü, rəngsaz (2 nəfər), elektrik ustası, santexnik ustası, alçipan, kafel metlax, interyer, eksteryer, lahiyələndirmə, landşaft